Korporativ E-mail

Korporativ email ilə biznes imicinizi professionallaşdıraq!

Korporativ e-poçt hesabına sahib olmaq hər bir şirkət üçün vacibdir. Bu xidmət ilk növbədə müştərilər və biznes tərəfdaşları üçün peşəkar təəssürat yaradır.

Korporativ Biznes Email nədir?

Korporativ email hosting xidməti digər pulsuz servislərdən fərqli olaraq şirkətinizin domen adından istifadə etməyə imkan verir. Buna görə də, ad.soyad@gmail.com əvəzinə ad.soyad@şirkətadı.az kimi bir e-poçtdan istifadə edə bilərsiniz.

Korporativ email nə üçün lazımdır?

Elektron poçtlar iş dünyasında məlumat mübadiləsinin ən təsirli mənbələrindən biri olduğundan, biznes e-maillərdən istifadə etmək hər bir şirkət üçün zəruridir. Əgər emaildə şirkət adı yoxdursa, çox güman ki, e-poçtunuz spam kimi qeydə alınacaq və bir çox "gələn və gedən" məktublarınız "görünməz virusa" çevriləcəkdir.

Korporativ e-poçt adlarını necə və kimlər seçir?

Spam emaillərdən can qurtarmaq və şəxsinizin və ya brendinizin imicini professionallaşdırmaq üçün ilk iş biznes emaillərdən istifadə etməkdir. Tanınmış şəxslər, fərdi sahibkarlar və şirkətlər aşağıdakı nümunələr üzrə ən çox istifadə olunan korporativ mail formalarını seçə bilərlər: ad@soyad.az ad.soyad@şirkətadı.az info@şirkətadı.az director@şirkətadı.az işçiadı@şirkətadı.az və s.


Korporativ e-mail sifariş etmək üçün WhatsApp nömrəmizə yazın.